ISSN
0000-0001
E-ISSN
0000-0002
DOI
10.0001
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
GDU
Menyu
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ
Sosial şəbəkə
© 2025 Gəncə Dövlət Universiteti. Bütün hüquqlar qorunur.

Jurnal haqqında

Dərgi haqqında ümumi məlumat.

GDU-nun Nəşriyyat şöbəsi 1995-ci ildə yaradılmışdır. Elmi-tədqiqat işlərinin informasiya təminatının təşkilində nəşriyyat şöbəsinin böyük rolu vardır. Hər il universitetin “Elmi əsərlər” məcmuəsi, “Elmi xəbərlər”, “Professor – müəllimlərin,

aspirant və gənc tədqiqatçıların elmi tədqiqat və yaradıcılıq işlərinin toplusu kimi jurnallar nəşriyyat şöbəsinin xətti ilə çap olunur. Şöbə öz işini Azərbaycan Respublikası Təhsil Nazirliyinin təlabatı sistemində, təlimatların müddəaları əsasında qurmuşdur.

Gəncə Dövlət Universitetinin 25.09.2009 cu il tarixli 5/174 saylı əmrinə əsasən “Nəşriyyat və tipoqrafiya” adı altında fəaliyyətini davam etdirmişdir. Şöbə lazımi avadanlıqlarla təchiz olunaraq işçi vəziyyətinə gətirilmişdir. Tipoqrafiya şöbəsi yaradıldığı gündən etibarən müntəzəm surətdə fəaliyyətdədir. Hər il mütamadi olaraq “Elmi xəbərlər” adlı jurnalımız 4 cilddə çap olunur. Universitetimizin əməkdaşlarından başqa, hər bir nömrəmizdə digər universitet və

institutlarda işləyən professor müəllimlərin, aspirant və gənc tədqiqatçıların elmi tədqiqat işləri məqalə şəklində “Elmi Xəbərlər” jurnalında çap olunur. Jurnalımızın aşağıda adı göstərilən bölmələri AAK-ın “Azərbaycan

Respublikasında məqalələrin dərc olunmasi tövsiyə edilən dövri elmi nəşrlər” siyahısına daxildir.

Tarix, antropologiya və siyasi elmlər bölməsi

Pedaqogika bölməsi

Filologiya elmləri bölməsi

“Elmi Xəbərlər”in hamı üçün əlçatanlığını təmin etmək üçün universitetin rəsmi internet səhifəsində yerləşdirilir.

Universitetin “Elmi xəbərlər” jurnalının dövri nəşri ilə bağlı çap “ISSN” və elektron beynəlxalq standart seriya nömrəsi “e-ISSN” alınması üçün xidmətlərin göstərilməsi barədə 15.09.2023-cü il tarixdə “Xidməti müqavilə” imzalanmışdır.

Eyni zamanda “Elmi xəbərlər” jurnalının rəqəmsal obyekt identifikator (Digital Object Identifier-DOI) prefikn nömrəsinin təminatı üçün xidmətlərin göstərilməsi barədə 02.10.2023-cü il tarixdə “Xidməti müqavilə” imzalanmışdır.